Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” “Samsung”a qənim kəsilib
“Apple” və “Samsung” şirkətləri arasındakı münaqişə davam edir. Yalnız mübahisəli patentlərin sayı deyil, həm də “Samsung” qurğularının satışlarının qadağan edildiyi ölkələrin sayı da genişlənir.
Bu dəfə “Kupertino” korporasiyasında işləyən hüquqşünasların hədəfi Yaponiya bazarı olub.
“Kyodo” yapon xəbər agentliyinə istinadən “Phone Arena” resursu “Apple” şirkətinin ölkədə “Galaxy” smartfonlarının satışlarını qadağan etməyi tələb edən iddiası haqqında məlumat verib. Bundan başqa, hüquqşünaslar 1,3 milyon dollar dəyərində kompensasiya tələb edirlər.
Məlumat üçün qeyd edək ki, “Apple” şirkətinin səyləri nəticəsində artıq bəzi “Samsung” planşetlərinin satışları Almaniyada qadağan edilib və Avstraliyada satışlara başlanılması təxirə salınıb.
09/09/11 Çap et