Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Netflix" Çin bazarına daxil olur
"Netflix İnc" videoyayım şirkəti "Wasu Media Holding Co" və başqa potensial tərəfdaşlarla inkişafda olan Çinin onlayn videobazarına daxil olmaq üçün danışıqlar aparır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, "Netflix" mobil telefonlar, kompüterlər və oyun konsolları daxil olmaqla bütün cihazlarda kontentə lisenziyası olan tərəfdaşlar axtarır.
"Netflix" bu yaxınlarda xəbər verib ki, dünyanın ən çoxsaylı əhalisi olan ölkəsi Çində fəaliyyət göstərməyə icazə ala bilsə, xidmətlərini genişləndirməyi planlaşdırır. Çin istehlakçıları çox vaxtı reklamlarla, piratlarla dəstəklənən və adətən ödənişsiz olan mediaya üstünlük verir.
Lokal tərəfdaşlıq onlayn kontenti lisenziya ilə təmin etməkdə Çin hökumətinə ciddi nəzarət imkanı verəcək.
Keçən ay, "Wasu Media" xəbər verib ki, "Alibaba Group" şirkətinin təsisçisi Cek Ma və başqa tərəfdaşlar şirkətin 20 faiz payına sahib olmaq üçün 1 milyard dollar ödəyəcəklər.
Aynur Vəliyeva
16/05/15 Çap et