Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Avstriya texnika və texnologiya sahələri üzrə müzakirə aparacaq


Azərbaycan və Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi məsələlərini müzakirə edəcək.
 
İyunun 2-3-də  Bakıda Azərbaycan Respublikası və Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək.
 
Bununla əlaqədar olaraq Avstriya Respublikası tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək.
 
CAHANGİR




16/05/15    Çap et