Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mayın 17-də Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək


 Mayın 17-də  Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək.

Bu günün qeyd olunmasının əsas məqsədi internet və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.

Hər il dünyada bu günlə əlaqədar genişmiqyaslı tədbirlər təşkil olunur və BTİ tərəfindən elan edilən müəyyən mövzu ətrafında geniş fikir mübadiləsi aparılır. Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu “Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri” müəyyən olunub.


Məlumat üçün bildirək ki, bu günün tarixi  Beynəlxalq Telekommunikasiya İttifaqının  yaranmasına təsadüf edir.  2006-cı ildə BMT tərəfindən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edilib.

Bu il Azərbaycanın Qızıl Tərəfdaşı olduğu BTİ fəaliyyət göstərdiyi illər ərzində bütün dünyada insanlar, cəmiyyətlər, dövlətlər və bütövlükdə bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşmasına və inkişafına  xidmət edib.


Xatırladaq ki, bu il BTİ-nin yaradılmasının 150 illiyi qeyd olunur.






16/05/15    Çap et