Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” şəbəkəsinin mobil istifadəçilərinin sayı rübdən-rübə 40% artır


“Twitter” mikrobloqlar şəbəkəsinin baş direktoru Dik Kostolo bildirib ki, mikrobloqda qeydiyyatdan keçmiş 200 milyon insanın yalnız yarısı hər gün mikrobloqlardan istifadə edir.

Eyni zamanda o qeyd edib ki, “Twitter”in mobil istifadəçilərinin sayı rübdən-rübə 40% artır.

Şirkətin rəhbəri qeyd edib ki, indi Qərb İT sahəsində müşahidə olunan “İPO” canlanmasına baxmayaraq, “Twitter” şirkəti hələ investorların puluna kəskin ehtiyac hiss eləmir və şəxsi vəsaitə güvənir.

"Biz müstəqil qalmaq, öz biznesimizi lazım bildiyimiz kimi inkişaf etdirmək və açıq bazarlara hələ ki çıxmaq istəmirik" – deyə Kostolo bildirib.

Şirkətin rəhbəri qeyd edib ki, hal-hazırda “Twitter”ə təxminən 400 milyon unikal istifadəçi hər ay daxil olur, bu göstərici ilin əvvəlinə nisbətən 60% çoxdur.




09/09/11    Çap et