Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələrin təhlükəsizliyi üçün qrant ayrılıb
“Skolkovo” Fondu sosial şəbəkələrdə informasiya hücumlarının monitorinq sisteminə 24 milyon rubl həcmində qrant ayırıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, qrant “Kribrum” şirkətinin yeni sisteminin yaradılması üçün sərf ediləcək.
Sistem şirkət əməkdaşlarının sosial şəbəkələrdə özünü aparmaqlarının linqvistik analizi yolu ilə risklərin monitorinqini nəzərdə tutur.
Layihənin reallaşmasına yönəldiləcək ümumi sərmayə həcmi 47,3 milyon rubl təşkil edəcək. Layihənin həmsərmayədarı qismində, “Kribrum” şirkətinin də daxil olduğu, Natalya Kasperskayanın “InfoWatch” qrupu çıxış edir.
Məlumat üçün bildirək ki, “Kribrum” yeni məhsulunu 2017-ci ildə satışa çıxarmağı nəzərdə tutur.
Aynur Vəliyeva
18/05/15 Çap et