Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya smartfonlar bazarı üzrə proqnoz azaldılıb


ABŞ-ın “Morgan Stanley” investisiya bankının analitikləri 2015-ci ildə dünyada smartfon tədarükü üzrə proqnozu azaldıblar. Qiymətləndirmənin pisləşməsinə səbəb kimi mütəxəssislər Çin və Cənubi Amerikada tələbatın zəif olmasını qeyd edirlər.  
 
Düzəlişlərin edildiyi proqnozda bildirilir ki, cari ildə smartfonların qlobal tədarükü əvvəllər gözlənildiyi kimi 21 faiz deyil, 19 faiz artacaq. Bundan başqa, Çinlə bağlı qiymətləndirmə kəskin azaldılıb. Belə ki, bu ölkədə smartonların tədarükü nəzərdə tutulan 8 faiz əvəzinə 1 faiz yüksələcək.
 
Həmçinin lider "Apple” və “Samsung Electronics” şirkətlərinin sıxışdırdığı Çinin “TCL” (dünyada Alcatel brendi ilə tanınır) və Tayvanın “HTC” istehsalçılarının bazar mövqeyinin zəifləməsi bildirilir.
 
Bank eksperti Bil Lu deyib ki, “TCL” Çində satış kanallarını genişləndirməyə çalışsa da, distributorlarla tərəfdaşlığın rentabelliyi yüksək olmayaraq qalır, Çinin şirkətin ümumi mədaxilində böyük paya sahib olması isə “TCL”-in mənfəətinə mənfi təsir göstərəcək.
 
Analitiklər “HTC” barədə fikirlərini bölüşərək şirkətin heç bir regionda mövqeyinin bərpası üçün nəzərəçarpacaq əlamətlər görmədiklərini qeyd edir və Tayvan istehsalçısının gələcək perspektivinin naməlum olduğunu  düşünürlər. Bundan əvvəl “HTC” barədə pessimist fikri digər investisiya banklarının, o cümlədən “BNP Paribas”, “Credit Suisse”, “Deutsche Securities”, “JP Morgan” banklarının ekspertləri bildiriblər, - “DailyComm yazır. 




18/05/15    Çap et