Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternetin yaradıcısı “virtual məkan”ın gələcəyindən danışdı
İnternetin yaradıcılarından biri Vinton Sörf xəbərdarlıq edib ki, siyasi, texnoloji qüvvələr universal çıxış və inteqrasiyaya təhlükə yaradır.
"Düşünürəm ki, bölünmə internetin fəaliyyətinin əsaslarını məhv edir... Amma biz işləməliyik və əmin olmalıyıq ki, internetin bölünməsi üçün heç bir səbəb yoxdur" – Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Münasibətlər Məktəbi və İnterneti idarə etməsi üzrə Qlobal Komissiya tərəfindən maliyyələşdirilən internetin idarəetməsi və kibertəhlükəsizlik məsələləri üzrə konfransda çıxış edən Sörf belə deyib.
"ICTnews" elektron xəbər xidməti "searchengines.ru" saytına istinadən bildirir ki, Avropada "Google Inc." kimi şirkətlər yeni məhdudiyyətlərin tətbiqi ilə üzləşir. Almaniya məlumat və elektron poçtun lokal saxlanılmasına cəhd edir.
"Bu tip məsələlər gərginlik yaradır. Müzakirələr yəqin ki hələ bir müddət də davam edəcək. Konqres bu məsələnin üzərində işləyir. Yekun qərar Avropa və ABŞ-ı bir-birinə yaxınlaşdırmalıdır".
İnternetin azadlığı təhlükədədirmi? - sualına cənab Sörf "Əlbəttə ki, risk var" – deyə cavab verib.
"Biz görürük ki, dövlətlər internetin azadlığını və açıqlığını təhdid kimi qəbul edir. Hesab edirəm ki, onlar internetin istifadəsinə mane olmaq üçün bütün vasitələrdən yararlanacaq".
Emil Hüseynov
19/05/15 Çap et