Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil qurğulardan istifadəyə qadağa imtahan nəticələrinə müsbət təsir göstərir
London İqtisadiyyat Məktəbində çalışan britaniyalı alimlərin tədqiqatına əsasən, məktəblərdə mobil qurğulardan istifadəyə qadağa şagirdlərin nəticələrinin yüksəlməsinə səbəb olub.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Birminhem, Lester, London və Mançester məktəblərində tədqiqat keçirilib. Nəticədə mobil qurğulardan istifadəyə qadağa qoyulmuş məktəblərdə irəliləyiş 6 faizdən çox yüksəlib. Ən böyük irəliləyiş zəif oxuyan şagirdlərdə qeydə alınıb.
Emil Hüseynov
19/05/15 Çap et