Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Normal ölçülü smartfonlar” dəbdən düşür
Tayvanın “HTC” şirkəti standart ölçülü smartfonlarından imtina etmək niyyətindədir. Şirkətin nümayəndəsi bildirib ki, böyükölçülü qurğulara tələbat artır.
“Focus Taiwan” nəşri “HTC” şirkətinin Şimali Asiyadakı prezidenti Cek Tuna istinadən yazır ki, Tayvanın smartfon istehsalçısı böyük ekrana malik smartfon istehsalına köklənir.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Samsung” və “Sony” şirkətləri daxil olmaqla başqa istehsalçılar öz qabaqcıl qurğularının mini-versiyalarını təqdim edəcəklər.
“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2018-ci ildə dünya bazarına 592,9 milyon planşetofon tədarük ediləcək. Qeyd edək ki, 2014-cü ildə bu göstərici 174.9 milyon olub. Bu halda planşetofon bazarının payı 9,8-dən 24,4 faizədək yüksələcək. Bu halda normal ölçülü smartfonların bazar payı 60,2-dən 51,2 faizədək azalacaq.
Emil Hüseynov
19/05/15 Çap et