Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha bir qurum “Elektron hökumət” portalına qoşuldu
“Elektron hökumət” portalında xidmətlərini təqdim edən dövlət qurumlarının sırasına yenisi qoşulub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, artıq “Azərişıq” ASC “Texniki Şərt üçün müraciət forması” elektron xidmətini portal üzərindən göstərməyə başlayıb.
Sözügedən xidmət vasitəsilə elektrik təchizatına texniki şərtlərin verilməsi üçün quruma müraciət etmək olar.
Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.
Bu elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatıb.
CAHANGİR
19/05/15 Çap et