Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1 milyon körpəyə elektron sağlamlıq kartı verilib


Azərbaycanın tibb müəssisələrində 33 informasiya xidməti tətbiq olunur, daha  5-i isə yaxın zamanlarda istifadəyə veriləcək.
 
Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. 2007-ci ildən elektron sağlamlıq kartından əhalinin yararlandığını vurğulayan nazir müavini bildirib ki, bu günədək 1 milyon körpəyə elektron sağlamlıq kartı verilib.
 
 
“Biz həmçinin doğum haqqında şəhadətnamələri, sürücülük vəsiqəsi üçün tibbi arayışları onlayn surətdə verə bilirik – deyən E.Ağayevin sözlərinə görə, təcili tibbi yardımın işini asanlaşdırmaq üçün elektron xəritə hazırlanıb. O vurğulayıb ki, Yaponiya hökumətinin ayırdığı qrant və dövlətimizin dəstəyi ilə təcili yardımda informasiya texnologiyalarının tətbiqi həyata keçirilib:
 
“Bu istiqamətdə müəyyən işlər görülüb. Bütün xəstəxanalar vahid informasiya sistemi ilə idarə olunmalıdır”.
 
 
 
SEYMUR




19/05/15    Çap et