Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa, İtaliya və Almaniya pilotsuz uçuş aparatı hazırlayacaq


Fransa, İtaliya və Almaniyanın müdafiə nazirləri hərbi və mülki məqsədlər naminə Avropa pilotsuz təyyarəsinin birgə hazırlanması haqda razılaşma imzalayıb. 2025-ci ilədək sözügedən uçuş aparatını hazırlamaq planlaşdırılır.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, 18 may tarixində Avropa İttifaqının üç ölkəsi arasında imzalanmış razılaşmaya görə tədqiqat işlərinə 1 milyardadək avro xərclənəcək.
 
Avropanın pilotsuz uçuş aparatı kəşfiyyat və müşahidədən başqa mülki məqsədlər naminə (təbii fəlakətlərin monitorinqi, yanğınların söndürülməsi və sərhəd zonalarının nəzarəti) istifadə olunacaq.
 
Avropa İttifaqı uzun müddətdir öz pilotsuz təyyarələrini istehsal etmək istəyir. İndi Avropa İttifaqı ölkələri ABŞ və İsrailin hərbi texnologiyalarından istifadə edir.
 
Emil Hüseynov
 




20/05/15    Çap et