Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Troyan şifrləyicilərdən necə qorunmaq olar? (VIDEO)


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi kompüterlərə yoluxan troyan-şifrləyicilərdən necə qorunma üsullarını təqdim edib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Trojan.Encoder” ailəsinə mənsub troyanlar sizin fayllarınızı şifrləməklə yanaşı, sizdən həmin faylların deşifr olunması üçün ödənişin də həyata keçirilməsini tələb edir. Bu təhlükə bir neçə vaxtdır məlumdur, lakin son illər troyan şifrləyicilərin yayılma miqyası ciddi şəkildə artmağa başlayıb.
 
Aşağıda təqdim etdiyimiz videoda troyan şifrləyicilərin qurbanı olmamaqdan və fayllarınızı itirməməkdən ötrü hansı ilkin qabaqlayıcı tədbirləri görməyinizdən danışılır:
 



Aynur Vəliyeva
 




20/05/15    Çap et