Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya simsiz rabitənin gələcəyini dəyişdirəcək


Radio rabitə sistemləri, həmçinin mobil telefonlar və “Wi-Fi” cihazlar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Ancaq indiki qurğular tezlik spektrindən lazım olduğundan iki dəfə daha çox istifadə edir. Bristol Universitetində çalışan tədqiqatçılar qrupu tərəfindən hazırlanmış yeni texnologiya radiosistemlərin hazırlanmasını tam dəyişdirmək üçün hesablanıb. Yeni texnologiya şəbəkələrin keçirtmə qabiliyyətini və məlumatların ötürülməsi sürətini artırmağa, daha ucuz qurğular yaratmağa və qlobal rouminqi işə salmağa imkan verəcək.

"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, Bristol Universitetində rabitə sistemləri və şəbəkələrin problemi ilə  məşğul olan tədqiqat qrupunun hazırladığı üsul nəticəsində məlumatların ötürülməsi zamanı yaranan maneələr qurğunun özü tərəfindən kompensasiya edilə və qiymətləndirilə bilər. Nəticədə qurğu iki istiqamətli kommunikasiya üçün bir kanaldan istifadə edəcək, bu isə o deməkdir ki, tezlik intervalının eni iki dəfə azalacaq.

Yeni texnologiya “Wi-Fi” sistemlərdə giriş nöqtələrinin gücünü iki dəfə artıracaq ki, bu da xeyli istifadəçinin qoşulmasına imkan verəcək və məlumatların ötürülməsi sürətini artıracaq. Mobil sistemlər üçün bu texnologiyanın tətbiqi eyni üstünlüyə malikdir; bundan başqa, rabitə operatorları az sayda baza stansiyalarından istifadə etməklə şəbəkənin eyni ötürmə sürətini təmin edə biləcəklər.

Emil Hüseynov




20/05/15    Çap et