Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

6 yaşlı britaniyalı “Microsoft Office Specialist” sertifikatının ən gənc sahibi olub


Böyük Britaniya sakini 6 yaşlı Həmzə Şaxzad öz asudə vaxtını kompüter arxasında keçirir. Ancaq öz yaşıdlarından fərqli olaraq Həmzə internet oyunlara deyil, ofis proqram təminatını öyrənməyə maraq göstərir.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, nəticədə 6 yaşlı britaniyalı “Microsoft Office”in “Office Word 2013” mühitində attestat almış ən gənc istifadəçisi adına layiq görülüb.
 
“BBC” yazır ki, Həmzə Şaxzad iki yaşında smartfondan istifadə edib, 6 ay sonra isə noutbukdan istifadəyə başlayıb.
 
Emil Hüseynov




20/05/15    Çap et