Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2011-2014-cü illərdə onlayn videoreklamlar bazarında qlobal gəlir iki dəfə yüksəlib
“IHS” və “Vidiro” şirkətləri tərəfindən keçirilmiş tədqiqat nəticələrinə əsasən, 2011-2014-cü illərdə onlayn video bazarında qlobal reklam gəliri iki dəfə artaraq 11,2 milyard dollar təşkil edib və 2015-ci ilin nəticəsinə görə, bu göstərici 13,8 milyarda yaxınlaşacaq.
"Onlayn videoreklam bazarında yüksək inkişaf mərhələsidir. Video artıq media plan istiqamətində ayrılmaz bir hissədir, çünki elan verənlər üçün daha uğurlu formata çevrilir" – “IHS” tədqiqat şirkətinin analitiki Eleni Maruli bildirib.
"ICTnews" elektron xəbər xidməti “cableman.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, 2017-ci ilədək onlayn videoreklam bazarında gəlir 19 milyarda çatacaq və bəzi bazarlarda televiziya reklamı rəqəmli reklama uduzmağa başlayacaq. Məsələn, 2017-ci ilədək Qərbi Avropada yerli reklam bazarının yalnız 28 faizi televiziyanın payına düşəcək.
Məlumata əsasən, kabel televiziyası artıq indi onlayn video və "sorğu üzrə video" xidmətlərinə görə zərərə məruz qalır. 2013-cü ildə kabel televiziya baxışı adambaşı 7 dəqiqəyədək azalıb, halbuki son iki ildə onlayn video xidmətləri sahəsində baxış üzrə yüksək göstəricilər qeydə alınıb.
"YouTube aparıcı oyunçudur, məzmun strategiyasını reklam strategiyası ilə uzlaşdırır. 2014-cü ildə “YouTube”un reklam gəliri 4,2 milyard dollar təşkil edib" – “IHS” tədqiqat şirkətinin analitiki Anna Styuart bildirib.
Bununla belə 2014-cü ildə onlayn videoya baxışların sayına görə “Facebook” ilk pillədə qərarlaşıb.
Emil Hüseynov
20/05/15 Çap et