Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransa şirkətlərinin TASİM layihəsinə qoşulması məsələləri müzakirə edilib
Bu gün “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) Layihəsi Katibliyində Fransanın Azərbaycandakı səfirliyinin missiya rəhbəri Zeynep Aslan və səfirliyin Cənubi Qafqaz və Türkmənistan üzrə iqtisadi məsələlərlə bağlı attaşesi İris Boyerlə görüş keçirilib.
Bu barədə “ICTnews” xəbər xidmətinə TASİM layihəsinin direktoru Zaur Həsənov məlumat verib.
O bildirib ki, TASİM Layihəsi Katibliyinin nümayəndələri baş tutan görüşdə Fransa şirkətlərinin adıçəkilən layihəyə qoşulması imkanları və Avropa İttifaqına daxil olan ölkələrin Cənubi Qafqaz və Orta Asiya regionunda həyata keçirilən inkişaf layihələrində iştirakı müzakirə edilib.
Eləcə də TASİM layihəsinin verəcəyi töhfələr nəzərdən keçirilib.
SEYMUR
20/05/15 Çap et