Məktəblilərin biliyinin onlayn qiymətləndirilməsinə imkan verən yeni elektron resurs yaradılıb
Təhsil Nazirliyi tərəfindən
yeni elektron resurs yaradılıb. Bu Azərbaycan məktəblilərinin riyaziyyat və oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabəti artırmaq üçün elektron müsabiqə portalıdır.
Yaradılan “e-test” - elektron test bankında istifadəçi qeydiyyatdan keçərək onlayn rejimdə sualları cavablandıraraq biliyini yoxlaya bilər.
Nazirlikdən qeyd edilib ki, bilik üzrə toplanan nəticələr xal şəklində istifadəçinin reytinqinə əlavə olunur:
“Portalının əsas məqsədi şagirdlərin riyaziyyat və oxuyub-anlama sahəsində biliklərinin artırılması, onların asudə vaxtının səmərəli təşkilindən ibarətdir. Riyaziyyat və Azərbaycan dili fənləri üzrə 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu sinifləri əhatə edən 30 000 -ə yaxın sual portalda yerləşdirilib”.
Həqiqət İSABALAYEVA