Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-də rabitə xidmətlərinin həcmi artıb


Naxçıvan Muxtar Respublikasında cari ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin həcmi 15 milyon 595 min manat olub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, muxtar respublikanın 4 ay ərzindəki sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb
 
Hesabatda qeyd olunur ki, bu da 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 953 min manat olmaqla bir il öncəki göstəricini 0,9 faiz üstələyib.
 
CAHANGİR




21/05/15    Çap et