Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvan Muxtar Respublikasında 4 ayda 100-ə yaxın POS-terminal quraşdırılıb
Naxçıvan Muxtar Respublikasında quraşdırılan POS-terminalların sayı artıb.
“ICTnews” elektron xəbər xidmətinin Naxçıvan MR-in cari ilin yanvar-aprel aylarındakı sosial-iqtisadi inkişafına dair hesabata istinadən verdiyi məlumata görə, 4 ay ərzində muxtar respublikada 98 POS-terminal quraşdırılıb. Bu göstərici 1 may 2015-ci il tarixə 965-ə çatdırılıb.
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.
CAHANGİR
21/05/15 Çap et