Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyaların interneti” üçün ikinci əməliyyat sistemi hazırlanıb


Çinin “Huawei” telekommunikasiya korporasiyası internetə qoşulmuş qurğuları idarə etmək üçün nəzərdə tutulmuş əməliyyat sistemi hazırlayıb. Şirkətin proqnozuna əsasən, 2025-ci ilədək 100 milyarddan çox qurğu internetə qoşulacaq.

"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, "əşyaların interneti" konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, ən müxtəlif intellektual qurğular vahid şəbəkəyə qoşulacaq və bir-biri ilə faydalı məlumatları paylaşa biləcək. “Lite OS” adlı əməliyyat sistemi “Huawei” şirkətinin "əşyaların interneti" texnologiyasının inkişafında daha aktiv iştirakına hesablanmış strategiyanın elementlərindən biridir, -  korporasiyanın qlobal strategiya və marketinqinin bölməsinin direktoru Uilyam Syuy bildirib.

"Sadə elektrik diş fırçası dişlərin təmizlənməsini izləyərək bunun əsasında onları daha yaxşı təmizləmək üçün tövsiyə verə bilər” – deyə o, nümunə göstərib.

Emil Hüseynov




21/05/15    Çap et