Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Oppo R7” və “R7 Plus” qabaqcıl smartfonları təqdim edilib


Çinin “Oppo” şirkəti qabaqcıl “Oppo R7” və “R7 Plus” smartfonlarını elan edib.

Hər iki qurğu 1,5 QHs takt tezlikli səkkiznüvəli 64 bit prosessor, 3 QB əməli yaddaş və iki kamera (13 meqapiksellik əsas və 8 meqapiksellik ön) ilə təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Oppo R7 Plus” cihazına quraşdırılmış əsas kamerada ikiqat işıq diodu işıqlandırıcısı və lazer avtofokusu tətbiq edilir, halbuki “Oppo R7” smartfonuna bir işıq diodu işıqlandırıcısı quraşdırılıb.

Smartfonlar arasında fərq aşağıdakılardır: “Oppo R7” qurğusunda ekranın ölçüsü 5 düym, “plus” versiyasında 6 düymdür. Hər iki qurğuda ekranın təsvir ölçüsü 1920x1080 nöqtə təşkil edir. “Oppo R7”-də daxili yaddaşın tutumu 16 QB, “Plus” versiyasında 32 QB-dır. “Plus” versiyasında akkumulyator batareyasının tutumu 4100, adi versiyada 2320 milliamper/saat təşkil edir. Smartfonlar “ColorOS 2.1” interfeysinə malik “Android Lollipop 5.1” mobil əməliyyat sistemi ilə işləyir.

Çində qabaqcıl smartfonların satışına başlanılıb. “Oppo R7” qurğusunun qiyməti təxminən 400 dollar, “Oppo R7 Plus” isə 480 dollardır.

Emil Hüseynov
 
 

 




21/05/15    Çap et