Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kopenhagendə düşüncənin köməyilə idarə olunan süni protez təqdim olunub
İslandiyanın protez istehsalı üzrə ixtisaslaşmış “Ossur” şirkətinin nümayəndələri düşüncənin köməyi ilə idarə olunan süni protez hazırlaması haqqında məlumat verib. “Proprio Foot” süni protezlər Kopenhagendə keçirilmiş mətbuat konfransında nümayiş etdirilib. Qurğunun əsasını “Implanted MyoElectric Sensor” (“IMES”) texnologiyası təşkil edir, xüsusi ötürücülərdən istifadə motorlu protezin həqiqi ayaq altı kimi işləməsinə imkan verir.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, ötürücülər xəstənin əzələ toxumasına implantasiya edilir və protezin quraşdırılması əməliyyatı 15 dəqiqə çəkir. Ötürücülərin enerji təchizatı protezdə yerləşdirilmiş kiçik maqnit qarqara hesabına həyata keçirilir.
“Ossur” şirkətinin nümayəndələri öz həllini inqilabi hesab edirlər. “Proprio Foot” süni protezi 3-5 il sonra satışa çıxarılacaq.
Emil Hüseynov
21/05/15 Çap et