Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” Çin şirkətini məhkəməyə verir
“Apple” şirkəti Çinin “Sichuan Fangguo Foods” ərzaq şirkətinin onun loqo elementlərindən istifadə etdiyini hesab edir. Buna görə də məhkəmə iddiası ilə çıxış edib və şirkətə məktub göndərib.
Lakin Çin şirkəti bunun həqiqətə uyğun olmadığını və hər hansı bir şəkildə “Apple”-ın müəlliflik hüququnu pozmadığını bildirir: “Loqoda bir yarpaq var və bu baxımdan almaya oxşadıla bilər. Lakin loqoda Çin dilində 2 hərf var.
Loqonun istiqaməti və dizaynı da fərqlidir”.
09/09/11 Çap et