Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” bulud platformasının qiymətini aşağı salıb


“Google” şirkəti  “Google Cloud Platform” bulud platformasının qiymətini azaldıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin birinci vitse-prezidenti Uors Holz bildirib ki, hazırda “Google” şirkətinin qiymətləri bu gün onun eyni yükləmə ilə işləyən rəqiblərinin qiymətlərindən 40% aşağıdır.
 
Bu yaxınlarda “Google” şirkəti “Google Compute Engine”nin bir sıra konfiqurasiyalarının qiymətini azaldıb və aşağı fiksə edilmiş qiymətə qısamüddətli hesablamalar üçün yeni sinif  “sıxışdırılan” BM-lər tətbiq edib.
 
“Google” avtomatik şəkildə endirimlər, dəqiqə hesabı billinq təqdim edir və o konfiqurasiyaların dəyişməsi üçün ödəniş tələb etmir.
 
 
Aynur Vəliyeva




21/05/15    Çap et