Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeməli və yeyilməyən materialların köməyi ilə çap edən universal yığcam “3D” printer yaradılıb


Britaniyanın “By Flow” şirkəti üçölçülü çap üçün unikal yığcam printerini təqdim edib. Cihaz müxtəlif materialların köməyi ilə obyektlər düzəldə bilir. Sazlama 20 saniyə vaxt alır, çap isə iki dəqiqə ərzində həyata keçirilir. Obyektlər yüksək keyfiyyəti ilə seçilir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, printer yığılır, onun çəkisi az və çox möhkəmdir. Cihaz yalnız  ənənəvi plastik materiallar deyil, həm də ağac, tunc, biorezin, neylon, keramika, silikon kimi materiallarla yanaşı, yeyinti məhsullarını da çap edir.
Xüsusi çamadana yerləşdirilmiş “3D” printerin çəkisi 7 kq təşkil edir. Futlyar cihazı su, toz, zərbə və başqa mümkün zədələrdən qoruyacaq.
 
İstehsalçı “Kickstarter” pultoplama platformasının köməyi ilə layihəni maliyyələşdirə bilsə, “By Flow Focus” bu ilin dekabrına əlçatan olacaq.
 
Emil Hüseynov




22/05/15    Çap et