Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Robototexnika və Mühəndislik” Əlavə Təhsil Mərkəzi yaradılıb
Bakı Modern Məktəbində “Robototexnika və Mühəndislik” Əlavə Təhsil Mərkəzinin rəsmi açılışı olub.
Mərkəzin işinə məsləhətçi kimi Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə rəhbərlik edir. Artıq 3 ilə yaxındır ki, İKT üzrə direktor müavini Gülnarə Səlimovanın rəhbərliyi və təşkilatçılığı ilə məktəbin informatika müəllimləri şagirdlərlə (ibtidai hazırlıqda oxuyan uşaqlar da daxil olmaqla) birlikdə robot texnologiyaları sahəsində fəaliyyət göstərir, sadə robot və lego-konstruksiyalar yığırlar.
İnformatika müəlliməsi Naidə İsayevanın sözlərinə görə, bu yaxınlarda məktəbin şagirdləri Rusiya Federasiyasının Soçi şəhərində məktəblilər arasında keçirilən Beynəlxalq Robototexnika olimpiadasında iştirak etmişdilər. Şagirdlər robotları yazdıqları proqram kodları ilə idarə edirlər.
Məktəbdə həftədə 2 saat informatika kursu və 1 saat Robototexnika kursu tədris olunur. Şagirdlər qonaqlara tədris meydançalarında özləri yığdıqları robotları nümayiş etdirir, onları idarə edən proqramlar barədə məlumat veriblər.
Həqiqət İSABALAYEVA
22/05/15 Çap et