Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beyin siqnalları yeni identifikasiya metodu ola bilər


Parollar, PİN kodlar, biometrik ötürücülər (barmaq izinin skaneri, gözün qüzehli qişasının skaneri), ikipilləli identifikasiya – bütün bu vasitələr məlumatlarımızı kənar şəxslərdən mühafizə etmək üçün nəzərdə tutulub.

Ancaq bütün bu həllər müxtəlif səbəblər üzündən təhlükəsizlik qarantı deyil, ona görə alimlər istifadəçilərin yoxlanması üçün yeni, daha qabaqcıl üsul axtarır.
 
İspaniyalı alimlər bildirib ki, onlar istifadəçinin identifikasiyası üçün ən yaxşı üsul hazırlamağa nail olublar. İnsanın deyilən sözlərə reaksiyası ilə assosiasiya təşkil edən müəyyən tip beyin dalğaları “açar” rolunu oynayır.
 
"ICTnews" elektron xəbər xidməti “mail.ru” saytına istinadən bildirir ki, Bler Armstronqun rəhbərliyi altında çalışan komanda 45 könüllünün beyin siqnallarını yazaraq bu identifikasiya tipini araşdırıb. Alimlər kompüterlərin köməyi ilə beyin siqnalları vasitəsilə insanı identifikasiya etmək üsulunu aşkar ediblər. Hər bir insan üçün bu dalğalar unikaldır.
 
İndiki mərhələdə yeni texnologiyanın iş dəqiqliyi 94 faiz qiymətləndirilir ki, bu da belə həllin gündəlik istifadə üçün tətbiqinə imkan vermir.
 
Bununla belə, ideya çox maraqlıdır, ilk növbədə, ona görə ki, hər bir insanda beyin dalğaları unikaldır.
 
Bu tip identifikasiya metodunun 100 faiz dəqiqliyi əldə edildikdə, həmçinin insan üçün maksimum sadə interfeys yaradıldıqda bu ideya reallaşa bilər.
 
Emil Hüseynov
 
 




22/05/15    Çap et