Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzeriCard” daha bir banka prosessinq xidmətləri göstərəcək


“AzeriCard” prosessinq mərkəzi və Вank VTB (Azərbaycan) əməkdaşlıq haqqında müqavilə imzalayıb.
 
Prosessinq mərkəzindən verilən məlumata görə, həmin müqavilə çərçivəsində Bank VTB (Azərbaycan) ASC-yə “AzeriCard” tərəfindən prosessinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Hazırda bankın “AzeriCard” prosessinq sisteminə qoşulması istiqamətində aktiv işlər aparılır.
 
Beləliklə, sözügedən prosessinq sistemində xidmət olunan bankların sayı 33-ə çatır.
 
CAHANGİR




22/05/15    Çap et