Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“China Unicom” 10 bulud data mərkəzi yaratmaq niyyətindədir


“China Unicom” şirkəti Çinin  iri şəhərlərində 10 bulud data mərkəzi yaratmaq niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət bu data mərkəzlərində ümumilikdə 50 GB/s ötürmə qabiliyyətinə malik olan 3 milyon server quraşdırmağı planlaşdırır.
 
Hər bir Məlumat Emalı Mərkəzinin ümumi sahəsi 40 hektara yaxın ərazini əhatə edəcək. 
“China Unicom” Çinin aparıcı telekom-operatorlarının üçlüyünə daxildir. Hazırda onun istismarında Çinin 31 əyalətində yerləşən, ümumi ötürmə qabiliyyəti 18 GB/s olan 300 data mərkəzi yerləşir.
 
Aynur Vəliyeva
 




22/05/15    Çap et