Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"HP" şirkəti 2.3 milyard dollar dəyərində payını satır


"Hewlett-Packard "  Çində yerləşən biznesinin 51 faiz payını "Tsinqua  Unigroup"-a  satıb.

"Unisplendour"  Şenjen  fond  birjasında  dünən  bəyanat  verib ki, "Unisplendour Corp. Ltd"-nin  filialı olan dövlət  dəstəkli  "Tsinghua  Holding"  2.3 milyard  dollara  "HP H3C  Technologies"in  51 faizini  alıb.
 
ABŞ  kompaniyası  həmçinin  öz  bəyanatında  qeyd  edib ki,  texnologiya servisi  və  məlumat  saxlama  biznesi  üçün  qrup  yaradacaq.
 
Aynur Vəliyeva
 




22/05/15    Çap et