3D filmlərinə baxan insanların beyni daha çevik işləyir
İnsanların 3D filmlərinə baxması onların beyin fəaliyyətinin inkişafına müsbət təsir göstərir.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Vue Cinemas” və “RealD” şirkətlərinin bu yaxınlarda keçirdikləri araşdırmalara görə, 3D filmlərinə baxmaq insan beyninin koqnitiv (idrak) bacarıqlarını 23 faiz artırmağa imkan verir.
3D filminə baxdıqdan sonra insan beyninin reaksiyasının müddəti, 2D filminə baxan insanlara nisbətən 11 faiz azalır. Testləşdirmədə 100 nəfərdən ibarət qrup iştirak edib.
Aynur Vəliyeva