Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wi-Fi” daha sürətli olacaq


“CSR” şirkəti dünən hazırladığı “İEEE 802.11ai” (Wi-Fi standartının yeni nəsli) protokolunu elan edib. İstehsalçılar “802.11ai” protokolunun simsiz şəbəkələrə qoşulma müddətini əhəmiyyətli dərəcədə azaltmağa icazə verəcəyini hesablayırlar.

Əgər indi simsiz şəbəkə ilə əlaqə prosesi bir neçə 10 saniyəyə qədər davam edirsə, “802.11ai”-dən istifadə vaxtı sərf edilmiş müddət 1 saniyəyə qədər azala bilər.

Bundan başqa, bu, enerji istehlakını optimallaşdırmağa imkan yaradacaq, bu isə mobil qurğular üçün əhəmiyyətlidir. Hazırlanan protokol cari “802.11b/g/n” protokolu ilə birlikdə istifadə edilə bilər.




09/09/11    Çap et