Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Radiasiya ilə bağlı məsələlər müzakirə olunacaq


Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun, Rusiya Elmlər Akademiyasının (Sankt-Peterburq Elm Mərkəzi), Moskva Dövlət Universitetinin və bir çox digər elmi-tədqiqat institutlarının təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində “Genetikanın, Radiobiologiyanın, Radioekologiyanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
 
 Tədbirdə Azərbaycanı AMEA Radiasiya Problemləri İnstitutunun “Radiobiologiya” laboratoriyasının rəhbəri biologiya elmləri doktoru Elimxan Cəfərov təmsil edəcək.
 
İnstitutdan qeyd edilib ki, 31.05.2015 tarixindən etibarən 8 gün müddətində davam edəcək tədbirdə E.Cəfərovun çıxışı nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA




22/05/15    Çap et