Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2015-ci ildə noutbuk, masaüstü FK və planşetlərin qlobal tədarükü azalacaq
Tayvanın “Market Intelligence & Consulting Institute” (“MIC”) elmi tədqiqat institutunun analitiklərinin proqnozuna görə, 2015-ci ildə qlobal noutbuk tədarükü 2,7 faiz azalaraq 167 milyon təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin proqnozuna görə, masaüstü kompüterlərin qlobal tədarükü 9 faiz azalacaq.
Bununla belə, hibrid qurğular seqmentində müsbət dinamika qeydə alınmalıdır. “MIC”-in qiymətləndirməsinə görə, hibrid qurğuların tədarükü 62,5 faiz artaraq 13 milyona yaxınlaşacaq.
Bütövlükdə fərdi kompüter (FK) bazarının həcmi 5,7 faiz azalaraq 287 milyon təşkil edəcək.
Dünya planşetlər bazarında, həmçinin azalma müşahidə olunacaq: 2015-ci ildə bu tip qurğuların tədarükü 11,5 faiz azalaraq 214 milyon təşkil edəcək.
Emil Hüseynov
23/05/15 Çap et