Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqının üç ölkəsi yeni ödəniş tənzimləməsini dəstəkləməyib


Avropa İttifaqına (Aİ) daxil olan Böyük Britaniya, Slovakiya və Estoniya Avropa Bank Administrasiyası (ABA) tərəfindən hazırlanan yeni ödəniş tənzimləmə prinsiplərinə qoşulmaqdan imtina edib.
 
Hazırlanan internet ödənişlərinin təhlükəsizlik prinsiplərinin məqsədi Aİ ərazisində ödəniş xidməti tədarükçüləri üçün minimal təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsidir. ABA-nın məlumatına görə, prinsiplər cari ilin avqustun 1-dən etibarən qüvvəyə minəcək və Avropa istifadəçilərinə internet ödənişləri fırıldaqçılığı ilə əlaqədar daha etibarlı mühafizəni təqdim edəcək.
 
Qaydalar “2018-2019-cu illər üçün ödəniş xidmətlərinə dair Direktiv” qüvvəyə minənədək müvəqqəti xarakter daşıyacaq. Direktiv ümumavropa vahid ödənişlər bazarının yaradılması üçün hüquqi əsasın təmin edilməsini nəzərdə tutur, - "Payspacemagazineyazır.




23/05/15    Çap et