Daxili qanaxmaları avtomatik aşkar edən avadanlıq yaradılıb
Təcili yardım üçün yeni avadanlıq avtomatik şəkildə daxili qanaxmaları aşkar edəcək.
“ICTnews” xəbər xidmətinin
www.novoteka.ru saytına istinadən verdiyi məlumata əsasən, “APPRAISE” sistemi hazırda Boston və ABŞ Ordusunda fövqəladə vertolyot tibb yardımı xidmətinin işi üçün test sınaqlarından keçirilir.
Həkimlər qeyd edirlər ki, standart diaqnostikadan başqa, cihaz nəbzin və nəfəsin tezliyini, qan təzyiqini müəyyən edir. Bundan başqa, bütün əldə edilən məlumatlar emal üçün anında kompüterə göndərilir.
Aynur Vəliyeva