Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Garnter”: “2015-ci ildə dünyada 7,3 milyon xrombuk satılacaq”


“Gartner” analitik şirkəti xrombuk bazarı ilə bağlı öz proqnozunu  paylaşıb. Analitik şirkətin proqnozuna görə, 2015-ci ildə dünyada “Google Chrome OS” əməliyyat sistemi (ƏS) ilə işləyən 7,3 milyon noutbuk satılacaq. 2014-cü illə müqayisədə sözügedən bazarın artımı 27 faizə yaxınlaşacaq.
 
“Gartner”in nümayəndəsi bildirib ki, “Chrome OS” ƏS-nin idarəsi ilə işləyən qurğular hər şeydən əvvəl təhsil müəssisələrinə görə populyarlaşıb. Belə ki ötən il xrombuk satışının 72 faizi təhsil müəssisələrinin payına düşüb. Məsələ ondadır ki, klaviatura gənc nəslə yeni biliklərə yiyələnmə prosesində lazımdır və buna görə təhsil sahəsi üçün planşetlər bir o qədər əlverişli deyil.
 
"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, Şimali Amerika ən iri xrombuk bazarıdır: 2014-cü ildə bu regionda satılmış bütün kompüterlərin 84 faizi “Chrome OS” ilə işləyir.
 
Növbəti pillələrdə 11 faiz göstərici ilə Avropa, Yaxın Şərq və Afrika ölkələri gəlir. Asiya-Sakit okean regionunda 3 faiz xrombuk satılıb.
 
Emil Hüseynov
 




25/05/15    Çap et