Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analitiklər: “2020-ci ilədək “5G” rabitə texnologiyası əlçatan olacaq”


“5G” rabitə texnologiyası və ya simsiz şəbəkələrdə yeni inqilab Barselonada keçirilmiş Ümumdünya Mobil Konqresində (“Mobile World Congress”) ilin əsas telekommunikasiya mövzusu olub.
 
Ancaq “Alcatel-Lucent” şirkətinin ekspertləri əmindirlər ki, bundan əvvəl “4G” texnologiyasına yatırılmış investisiyalar saxlanılacaq və onun fonunda yeni sərmayələr bir o qədər böyük həcmli olmayacaq.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, telekommunikasiya avadanlığı ilə məşğul olan şirkətlərin çoxu 2020-ci ildə “5G” texnologiyasının tətbiqinə başlanılacağına dair söz verir. Amma ehtimal edilir ki, ola bilsin ki, “5G” rabitə texnologiyası daha tez müddətdə tətbiq edilsin. Analitiklər beşinci nəsil şəbəkəsinin tətbiqi ilə əlaqədar mühüm aspektlərdən söz açıblar. Söhbət ondan gedir ki, ötürmə sürətinin artımı ilə əlaqədar müvafiq olaraq məzmunun istehlakı artacaq. Yüksək sürətin əsas üstünlüyü çox yüksək keyfiyyətə malik onlayn videoları izləmək imkanıdır. Məsələn, 2020-ci ilədək “4K” formatı adi hala çevrilə bilər.
 
2013-cü ildə ABŞ-da orta statistik mobil rabitə istifadəçisi aylıq təqribən 76 dollar xərcləyib. 2007-ci ildə bu göstərici təxminən $50 təşkil edib. Analitiklərin proqnozuna görə, 2019-cu ilədək istifadə edilən trafik daha 57 faiz yüksələcək ki, bu da təxminən 43 dollara uyğundur.
 

 
 
Məlumatların ötürülməsi sürətinin xeyli artdığı bir zamanda xidmətin dəyəri kifayət qədər aktual məsələdir. Bu zaman belə bir sual yaranır ki, “5G” standartının təmin etdiyi sürət hamıya lazımdırmı? Axı indiki şəbəkələrin maksimum sürəti 300 Mbit/s-yə çata bilər ki, bu da bütün məsələlər üçün kifayət edir.
 
Emil Hüseynov
 
 




25/05/15    Çap et