Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya ödənişli televiziya bazarının həcmi 237 milyard dollar təşkil edir
“IHS Infonetics” şirkətinin tədqiqatına əsasən, 2014-cü ilin nəticəsinə görə, ödənişli qlobal televiziya xidmətləri bazarı, həmçinin kabel, peyk, “IPTV” və “OTT” xidmətlərin həcmi 237 milyard dollar təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 7 faiz yüksəkdir.
"ICTnews" elektron xəbər xidməti “cableman.ru” saytına istinadən bildirir ki, sözügedən şirkətin məlumatlarına görə, 2014-cü ildə ödənişli televiziyanın abunə bazası təxminən 800 milyonadək yüksəlib. Həm də ilk dəfə “OTT” seqmentində ən yüksək artım müşahidə olunub.
Analitiklərin proqnozuna görə, 2014-2019-cu illərdə “OTT” xidmətlər seqmentində ödənişli televiziyanın bütün seqmentləri arasında ən yüksək orta illik artım tempi qeydə alınacaq.
Emil Hüseynov
25/05/15 Çap et