Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” avtomatik idarə edilən avtomobillərini təqdim edib
“Google” şirkəti üzün müddətdir ki, avtomobillərin avtomatık idarə edilməsi sistemi üzərində işləyir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin işləmələrinin hamısı ardıcıl istehsal edilmiş “Toyota Prius” və “Lexus SUV” avtomobillərində tətbiq edilib. Bu tip avtomobillərdə sürücü sükanı arxasında əyləşən insan tələb olduqda idarəetməni özü həyata keçirə bilər.
Yeni, ikiyerli avtomobillərdə idarəetmə kompüter vasitəsi ilə həyata keçirilir və ekran vasitəsilə hərəkət marşrutu izlənilir. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ilk mərhələdə avtomobilin sürəti 40 km/saatla məhdudlaşdırılıb.
“Google” qeyd edib ki, bu, texniki məhdudiyyət deyil: avtomobilin sensorları iki futbol meydanı genişliyindəki ərazidə yerləşən obyektlər haqqında informasiya toplaya bilir. Avtomobil özü isə saatda 160 km sürətlə hərəkət edə bilər. Şirkət təxminən 100 belə maşın istehsal etməyi planlaşdırır.
“Google”ın yaradıcısı Sergey Brin bu avtomobillərdə hərəkətinin qar liftlərini xatırlatdığını və insanları rahatlatdığının təmin edildiyini bildirib. O ümid edir ki, belə avtomobillər ictimai nəqliyyatı əvəz edəcək.
Aynur Vəliyeva
25/05/15 Çap et