Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin sayı açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri üzrə statistikanı açıqlayıb.
 
İndiyədək 81 dövlət informasiya ehtiyatı və 164 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb.
 
Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.
 
CAHANGİR
 
 




25/05/15    Çap et