CAR televiziyası analoq yayımdan rəqəmliyə keçir
Cənubi Afrika Respublikasının (CAR) rabitə naziri Feyt Muthambi iyunda ölkədə yerüstü efir televiziya yayımının analoq standartından rəqəmli formata tam keçəcəyini bəyan edib. Bundan əvvəl keçid prosesi bir neçə dəfə təxirə salınıb.
CAR Nazirlər Kabineti ölkə sakinlərinə rəqəmli televiziya proqramlarına baxmağa imkan verən qəbuledicilərin verilməsini nəzərdə tutan proqramı təsdiq edib.
Nazir parlamentdə keçirilən brifinqdə jurnalistlərə bildirib ki, ümumi dəyəri 3 milyard Cənubi Afrika rendi təşkil edən qəbuledicilər ölkənin 5 milyon ev təsərrüfatına veriləcək.
F.Muthambinin sözlərinə görə, CAR-da televiziya analoq yayımdan rəqəmli standarta iyunun 17-də keçəcək, - "
Mediasat” yazır.