Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RYTN-də “İnternetdə fikir və söz azadlığı” mövzusunda “dəyirmi masa” keçiriləcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) "İnternetdə fikir və söz azadlığı" mövzusunda "dəyirmi masa" keçiriləcək. İyunun 4-də baş tutacaq tədbir Azərbaycanda həyata keçirilən "İnsan hüquqları aylığı" çərçivəsində reallaşacaq.
 
Bu barədə "ICTnews" xəbər xidmətinə RYTN-in Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.
 
O bildirib ki, sözügedən "dəyirmi masa"da Azərbaycanda internetin azadlığından, insanların sərbəst şəkildə özünü ifadə imkanlarından, bu istiqamətdə olan qanunvericilikdən, dünya təcrübəsindən və inkişaf perspektivlərindən söz açılacaq.
 
 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı"  keçirilir.
 
 
Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri, cari ilin birinci yarısında insan hüquqları sahəsində görülən işlər haqqında məlumatları, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər. 
 
 
Həmin aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verəcəkdir. 
 
 
SEYMUR
 




26/05/15    Çap et