Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2020-ci ilədək “5G” rabitə standartının spesifikasiyaları hazırlanmalıdır
2020-ci ilədək “5G” rabitə standartının spesifikasiyaları hazırlanmalıdır. Bazar iştirakçıları bildirib ki, yeni texnologiya aşağı trafik gecikməsi, geniş radiotezlik diapazonu və ultra-yüksək sürəti ilə fərqlənəcək.
"ICTnews" elektron xəbər xidməti “comnews.ru” saytına istinadən bildirir ki, VII Beynəlxalq Biznes Forumunun sessiyalarından biri "Wireless Russia Forum: 4G, 5G & Beyond - Rusiya və MDB məkanında mobil və stasionar simsiz rabitə şəbəkələrinin təkamülü" “5G” texnologiyasının inkişafına həsr edilib.
"Biz hələ ki yalnız plan üzərində işləyirik – “3GPP RAN WG3” sədri Filipp Reyninqer deyib. – 2019-cu ilədək “5G” texnologiyası təsvir edilməlidir. Bundan sonra 2020-ci ilə sözügedən standartın spesifikasiyaları yaradılmalıdır. O bildirib ki, bu halda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tələbləri yerinə yetiriləcək.
Konsorsium “5G” standartının ilk tələbini sentyabrda formalaşdırmaq niyyətindədir. Həmin ay sahənin aparıcı şirkətləri Arizonada keçiriləcək seminara toplaşacaq və orada iştirak edənlər öz fikrini bildirəcək. Filipp Reyninqer bildirib ki, bundan sonra həmin informasiya ümumiləşdirilərək nəticə çıxarılacaq. "Biz hər kəsi razı salan tələblər formalaşdırmaq niyyətindəyik" – o vurğulayıb.
“ZTE Corporation” şirkətinin qabaqcıl simsiz tədqiqatlar istiqaməti üzrə baş mühəndisi Ruyue Li “5G” standartını əsas texnologiyalar dəsti adlandırıb. O ümid edir ki, 2016-cı ildə bu texnologiyanın standartlaşmasına başlanılacaq.
Emil Hüseynov
26/05/15 Çap et