Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Böyük Britaniyada nağdsız ödənişlər populyarlaşır
Böyük Britaniyanın Ödəniş Şurası ödəniş sistemi sahəsindəki son tədqiqat nəticələrini elan edib. Məlum olub ki, tarixdə ilk dəfə nağd ödənişlərin həcmi rəqəmli ödənişlərdən az olub.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə istehlakçılar, biznes və maliyyə təşkilatları tərəfindən nağd ödəniş əməliyyatlarının ümumi payı 48 faizədək azalıb, nağdsız ödəniş əməliyyatlarının payı isə 52 faiz olub.
Ekspertlər bildirir ki, tədqiqatın nəticələri ənənəvi banknot və pulları sıxışdıran avtomatlaşdırılmış ödəniş metodları və debet kartlarından istifadəyə kütləvi keçidi əks etdirir. Hələ ki pul həcminə görə nağd pul liderdir.
Emil Hüseynov
26/05/15 Çap et