Dünyada rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının ümumi sayı 1,65 milyarda çatacaq
2010-2016-cı illərdə dünyada rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının ümumi sayı Asiya-Sakit okean regionunda artım sayəsində 1 milyard artaraq 1,65 milyarda çatacaq.
“Digital TV Research” şirkətinin proqnozuna görə, 2015-ci ildə Asiya-Sakit okean ölkələrində rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 2010-cu ildəki 226,1 milyonla müqayisədə 605,5 milyonadək, 2020-ci ilədək isə 913,5 milyonadək artacaq.
“2014-2020-ci illərdə Asiya-Sakit okean ölkələrində rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 400 milyon artacaq, bu il isə artım 93 milyon təşkil edəcək. 2014-2020-ci illərdə 608 milyonluq yeni rəqəmli ev təsərrüfatının üçdə iki hissəsi bu regionun payına düşəcək”, - şirkətin hesabatında deyilir.
Saharanın cənubunda yerləşən Afrika ölkələri də artım potensialı yüksək olan region kimi qeyd olunur.
Bu regionda rəqəmli televiziya ev təsərrüfatlarının sayı 2020-ci ildə iki dəfədən çox - 2014-cü ildəki 27,5 milyondan 67,8 milyonadək yüksələcək.
Hesabat dövründə Cənubi Amerika ölkələrində rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 76,7 milyondan 151,8 milyonadək artacaq. Eyni zamanda, Çin 2020-ci ildə dünyanın ən böyük rəqəmli bazarına çevriləcək. Burada rəqəmli televiziya ev təsərrüfatlarının sayı qeyd olunan müddətdə 454,3 milyon təşkil edəcək.
Qərbi Avropada rəqəmli televiziya sektorunda artım cüzi olacaq. Burada 2020-ci ildə rəqəmli TV ev təsərrüfatlarının sayı 2014-cü ildəki 158,6 milyondan 173,5 milyonadək artacaq.
Bildirilir ki, 2020-ci ilin sonunadək dünyada televiziya ev təsərrüfatlarına rəqəmli texnologiyaların qəbulunun nüfuzetmə səviyyəsi 97,6 faiz təşkil edəcək.
Müqayisə üçün qeyd edək ki, 2010-cu ilin sonunda bu göstərici 30,5 faiz, 2014-cü ildə 67,2 faiz ev təsərrüfatı olub, - "Mediasat
www.mediasat.info” yazır.