Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa hökumətləri elektron hesab-fakturaları dəstəkləyir


Elektron kanallar vasitəsilə hesab-fakturaların göndərilməsi tendensiyası artmaqda davam edir. Proqnozlara görə, 2015-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində şirkət və hökumətlər arasında rəqəmli hesab-fakturaların mübadiləsi 4,6 milyarda çatacaq.

İstehlakçılar üçün bu göstərici 2,7 milyard təşkil edəcək. Norveç, İsveç və Danimarka hesabların elektron qaydada təqdim edilməsi sistemini digər regionlara nisbətən daha tez tətbiq edəcək.
 
Aİ ərazisində elektron hesab-fakturaların tətbiqi dövlətin dəstəyi ilə həyata keçirilir. Hökumətlər tədarükçülərlə hesablaşmalar üçün istifadə edilə biləcək hesabların şəffaf təqdimetmə prosedurunu təşviq edirlər.
 
Məsələn, 2015-ci ilin martında İtaliyanın biznesi və hakimiyyət nümayəndələri tam elektron sənəd dövriyyəsinə keçib. İspaniyada da oxşar qərar çıxarılıb. İsveçrə və Estoniya elektron hesab-fakturalara 2016-cı ildə, Fransa 2017-ci ildə qoşulacaq.
 
Ayrı-ayrı dövlətlərin şəxsi təşəbbüsü ilə yanaşı, Aİ-nin tənzimləyici orqanları inzibatçılıq sistemində kağız sənəd dövriyyəsini ləğv etməyi tövsiyə edirlər. Belə ki, 2018-ci ildən etibarən tədarükçülərlə hesablaşmaların elektron qaydada aparılması mütləq olacaq.  
 
Bu tədbirin yüz minlərlə dövlət müəssisəsinə və milyonlarla tədarükçüyə şamil olacağı gözlənilir, - "Payspacemagazine” yazır.




27/05/15    Çap et