Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni brauzer internet trafikini sıxacaq


Norveçin "Opera" şirkəti "Android" mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün "Opera Max" mobil proqramının yeni versiyasını təqdim edib.

Yeni versiyada "Wi-Fi" üzrə internetə qoşulma zamanı trafikin sıxılması funksiyası əlçatandır. Yeni funksiya "Android" ilə işləyən smartfonunu giriş nöqtəsinə çevirən və başqa qurğularla simsiz qoşulma ilə paylaşan istifadəçilər arasında populyar olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Opera Max" brauzeri ayrı-ayrılıqda konkret proqramlar üçün qənaətcil rejimi sazlamağa, həmçinin bütün qoşulma tipləri üzrə internet trafikin istehlakı həcmini izləməyə imkan verir.
 
Emil Hüseynov
 




27/05/15    Çap et